NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Tacikistan və İran prezidentləri Xankəndidə ECO sammiti çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər

...

Tacikistan Prezidenti Emoməli Rəhmon ilk dəfə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib.

Bu barədə "Şərq qapısı" Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın cari məsələləri, həmçinin ECO sammitinin gündəliyi müzakirə olunub.

E.Rəhmon Tacikistanın İranla çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə sadiqliyini ifadə edib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə dialoq aparılıb.

Nəşr edilib : 04.07.2025 14:41