NAXÇIVAN :

03 May 2026, Bazar

Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq

...

Şuşa şəhərində Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

"Şərq qapısı" xəbər verir ki, “Şuşa hotel”də şəhərin rəssamlarından ibarət rəsm sərgisi təşkil olunub.

Sərgilənən rəsmlər əsasən Şuşanın tarixi, mədəni və təbiət abidələrini əks etdirir.

Qeyd edək sərgi gün boyu davam edəcək.

Həmçinin bayram münasibətilə Şuşa şəhərində konsert proqramı və atəşfəşanlığın təşkili nəzərdə tutulur.

Nəşr edilib : 08.11.2025 16:15