Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri...
15:18 25.10.2026
0
0
0
Naxçıvan Dövlət Universitetinin (NDU) Ədəbiyyat və kitabxanaçılıq kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılov vəfat edib.
1960-cı ildə anadan olan Nadir İsmayılov 1981-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə 1977-ci ildə başlayan Nadir İsmayılov müxtəlif təhsil müəssisələrində müəllim və məktəb direktoru vəzifələrində çalışıb. O, 1996-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində Ədəbiyyat kabinəsinin müdiri, 2007-ci ildən müəllim, 2010-cu ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərib.
Digər xəbərlər