NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb

...

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Nəşr edilib : 12.07.2025 18:19