NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verilib RƏSMİ

...

Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.

"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, Bakıda növbədə 20 mindən çox valideyn var, onlar bağçada növbə gözlədiyi halda yer yoxdur: “Burada tələb təklifi üstələyir. Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur”.

Nəşr edilib : 10.07.2025 11:54