NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Şolts və Paşinyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

...

Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri məlumat paylaşıb.
O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib.
"Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq", - Paşinyan əlavə edib.

Nəşr edilib : 15.02.2025 15:06