Latviya Prezidentinin şərəfinə rəsmi lanç
14:52 22.04.2026
0
0
0
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin arasında görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə BƏT arasında formalaşmış uğurlu əməkdaşlıq təcrübəsindən bəhs olunub və 2025–2029-cu illər üçün “Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyəti vurğulanıb.
SOCAR-ın iş yerlərində beynəlxalq əmək normalarının tətbiqinə, eləcə də inklüziv yanaşma, müxtəliflik və bərabərlik prinsiplərinin təşviqinə xüsusi əhəmiyyət verdiyi və bu istiqamətdə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Tərəflər arasında gələcək üçtərəfli əməkdaşlıq və birgə layihələrin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər