NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

Simonyan və Sloveniya Baş nazirinin müavini Azərbaycanla normallaşma prosesini müzakirə edib

...

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.
“Şərq qapısı” Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Ermənistan və Azərbaycan arasında yenidən işlənmiş sülh sazişi layihəsini müzakirə ediblər.
Həmsöhbətlər həmçinin Ermənistan və Sloveniya arasında yüksək səviyyəli siyasi dialoqun daha da dərinləşdirilməsinin vacibliyini qeyd edərək, parlament diplomatiyasının mühüm rolunu vurğulayıblar.

Nəşr edilib : 15.04.2025 19:47