NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Naxçıvanda son 3 ayda 26 zəhərlənmə hadisəsi qeydə alınıb

...

Naxçıvan Muxtar Respublikasında son 3 ay ərzində 26 zəhərlənmə hadisəsi qeydə alınıb. Bu halların əksəriyyətinin qarpız və saxlanma şəraitinə düzgün riayət olunmayan qidaların qəbulu ilə əlaqəli olduğu müəyyən edilib.

Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

"Qida zəhərlənmələrinin qarşısını almaq üçün qidaların hazırlanması, saxlanılması və istehlakı zamanı gigiyena qaydalarına ciddi əməl etmək, xüsusilə tez xarab olan məhsulları uyğun temperaturda saxlamaq, meyvə-tərəvəzi yaxşı yumaq və qidaların kifayət qədər bişirilməsinə diqqət yetirmək vacibdir", – deyə agentlikdən bildirilib.

Nəşr edilib : 20.08.2026 12:44