NAXÇIVAN :

10 Aprel 2025, Cümə axşamı 10:15

Şimali Makedoniya Prezidenti: Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır

...

Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

“Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır”, - deyə Prezident vurğulayıb.

Nəşr edilib : 11.03.2025 15:24