Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb...
11:42 21.09.2026
0
0
0
Sentyabrın 21-də "PAŞA Holding", SOCAR və İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi keçirilir.
"Şərq qapısı" xəbər verir ki, “AZEMBA” proqramı Azərbaycanda liderlik bacarıqlarının inkişafına, insan kapitalının gücləndirilməsinə və beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə töhfə verməyi hədəfləyir.
Proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar.
“AZEMBA” proqramı azərbaycanlı peşəkarların qlobal akademik və biznes ekosisteminə inteqrasiyasına, eləcə də ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.
Digər xəbərlər