Mərkəzi Bank “Modenis” MMC-nin ödəniş təşkilatı li...
17:44 05.08.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Cəlilkənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 260 kvadratmetr olan dördotaqlı fərdi yaşayış evinin 28 kvadratmetr sahəni əhatə edən otağın tavan hissəsinin yanar konstruksiyaları və içərisindəki məişət əşyaları yanıb, 232 kvadratmetr sahəsi isə əşyaları ilə birlikdə yanğından mühafizə olunub.
Digər xəbərlər