Şərur rayonunda dolu hadisəsi qeydə alınıb
18:12 13.05.2026
0
0
0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” Teatr Festivalı 11 may tarixdə təntənəli şəkildə yekunlaşıb.
"Şərq qapısı" xəbər verir ki, festivalın bağlanış mərasimində ölkənin müxtəlif teatr kollektivləri — S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı festivalda nümayiş etdirdikləri tamaşalara görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən xüsusi təşəkkürnamələrlə təltif olunublar.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov “Şərqin qapısı” Teatr Festivalının ölkənin teatr mühitində mühüm mədəni hadisə olduğunu vurğulayaraq Naxçıvan teatr kollektivini bu mötəbər sənət bayramının uğurla təşkil olunması münasibətilə təbrik edib. O, festival münasibətilə hazırlanmış xüsusi hədiyyəni C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərova təqdim edib.
Bağlanış mərasimindən sonra tamaşaçılara C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, 8-11 may tarixlərini əhatə edən “Şərqin qapısı” Teatr Festivalı çərçivəsində müxtəlif tamaşalar, ustad dərsləri, panel görüşlər və yaradıcılıq müzakirələri təşkil olunub. Festivalın əsas məqsədi teatr sənətinin inkişafına töhfə vermək, yaradıcı kollektivlər arasında sənət əlaqələrini genişləndirmək və milli teatr ənənələrinin təbliğini gücləndirmək olub.
Tədbirin sonunda xatirə fotosu çəkilib.
Digər xəbərlər