NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Kamran Əliyev Şirvan şəhərinə və Bakının iki rayonuna prokuror təyin edib

...

Baş Prokuror Kamran Əliyev Nizami və Binəqədi rayonunun prokurorlarını dəyişib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Digər əmrlə Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Nəşr edilib : 20.10.2026 13:55