Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür...
10:09 07.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı imzaladığı Sərəncama görə minnətdarlıq məktubu ünvanlayıb.
Məktubda bu tarixi qərarın dərin minnətdarlıq və sevinc hissi ilə qarşılandığı bildirilir. Qeyd olunub ki, Möminə xatun türbəsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində atılan bu mühüm addım təkcə tarixi irsin mühafizəsi deyil, həm də milli kimliyin və mədəniyyətin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
“Bu qərarınızla bir daha sübut olundu ki, ölkəmizin zəngin irsi dövlət səviyyəsində yüksək diqqət və qayğı ilə əhatə olunur”, – deyə məktubda vurğulanıb.
Qəzet kollektivi Möminə xatun türbəsinin tarixi, bərpası və əhəmiyyəti barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində üzərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyini bəyan edib.
Məktubun sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, məktub artıq Prezidentin rəsmi internet saytı president.azda yayımlanıb.
Digər xəbərlər