NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Şərq qapısı” qəzetinin əməkdaşlarına vəsiqə və medallar təqdim olunub

...

Milli mətbuatın 150 illik yubileyi münasibətilə “Şərq qapısı” qəzetinin əməkdaşlarına təltiflər təqdim olunub. Bu münasibətlə qəzetin redaksiyasında tədbir keçirilib.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev Prezident İlham Əliyevin  2025-ci il  25 aprel tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən media nümayəndələrinin təltif olunmasının dövlət tərəfindən mətbuata göstərilən yüksək diqqət və etimadın bariz nümunəsi olduğunu bildirib.

Məmməd Babayev qeyd edib ki, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir” fikri jurnalistlərin üzərinə düşən məsuliyyəti daha da artırır. O, bu diqqət və etimada görə, minnətdarlığını bildirib və vurğulayıb ki, 21 iyul 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən media nümayəndələrinin təltif olunması haqqında imzalanan Sərəncama əsasən “Şərq qapısı” qəzetinin 6 əməkdaşının da təltif olunması xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə vurğulanıb ki, “Şərq qapısı” qəzeti fəaliyyətində daim ictimai və dövlət maraqlarını əsas tutur, bu yolda peşəkarlıq və obyektivlik prinsiplərinə sadiq qalır.

Sonda təltif olunan əməkdaşlara fəxri adların vəsiqə və döş nişanları təqdim olunub.

Nəşr edilib : 24.07.2025 14:11