NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

“Şərq qapısı” qəzetinin əməkdaşları üçün tibbi müayinələr keçirilir

...

“Şərq qapısı” qəzeti redaksiyası əməkdaşlarının sağlamlığının qorunması və profilaktik tibbi xidmətə əlçatanlığın artırılması məqsədilə növbəti addım atılıb. Redaksiya ilə Naxçıvan Dövlət Universiteti Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı əsasında 11-13 fevral tarixlərdə qəzet kollektivi üçün geniş tibbi müayinələrin təşkili nəzərdə tutulub. Aksiya çərçivəsində tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Elmar Rzayev tərəfindən əməkdaşlar tiroid vəzi xəstəlikləri üzrə müayinələrdən, tam abdominal (qarın boşluğu orqanları), EKQ və EXO müayinələrindən, həmçinin klinik müayinə, şəkərin təyini, qan təzyiqinin monitorinqi kimi profilaktik baxışlardan keçiblər.
Tibbi müayinələr mərhələli şəkildə aparılacaq və əməkdaşların iş qrafikinə uyğun olaraq prosesdə rahat şəkildə iştirak etmələri üçün zəruri şərait yaradılacaq.
Qeyd edək ki, bu təşəbbüsün əsas məqsədi redaksiya əməkdaşlarının gündəlik iş yükündən qaynaqlanan sağlamlıq risklərini azaltmaq, onların özlərinə vaxt ayırmasını təşviq etmək və profilaktik tibbi nəzarəti daha da gücləndirməkdir.

Nəşr edilib : 11.02.2026 17:58