NAXÇIVAN :

19 Aprel 2026, Bazar

"Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb

...

"Şərq qapısı" qəzetinin baş redaktoru "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb. O, 2015-ci ildə cənab Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub, "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanına layiq görülüb.
Qeyd edək ki, “Şərq qapısı” qəzetinin bölmə müdiri Məhəbbət Mirzəyeva da "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.  “Şərq qapısı” qəzetinin 3 əməkdaşı – baş redaktorun müavini Məmməd Babayev, məsul katib Ruhiyyə Rəsulova və şöbə müdiri Ceyhun Məmmədov "Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə" nişanı, fotomüxbir Əli Xudiyev isə "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun  2025-ci il 21 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında media sahəsində xüsusi xidmətlərinə görə bir qrup media işçisi təltif olunub.

Nəşr edilib : 21.07.2025 22:14