Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
14:00 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Naxçıvanda ilk “Əkinçi”lər və “Əkinçi”lik adlı geniş məqaləsində qeyd edib.
Akademik qeyd edir ki, “Şərq qapısı”, əsasən, ictimai-siyasi qəzet kimi fəaliyyət göstərib, muxtar respublikasının mətbuat salnaməsinə çevrilib. Naxçıvan Muxtar Respublikasının bütün sahələr üzrə çoxcəhətli inkişafının əlamətdar hadisələri və faktları “Şərq qapısı” qəzetində salnamələşdirilib. Regionun ədəbi qüvvələrinin və elm və incəsənət adamlarının da fəaliyyətini əks etdirdiyi üçün “Şərq qapısı” qəzeti həm də maarifçi mətbuat orqanı, ziyalı qəzeti kimi də fəaliyyətini uğurlu davam etdirib.
Məqalədə qeyd olunub ki, “Şərq qapısı” qəzeti müstəqil Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikasının inkişaf yolunu işıqlandırmaqda və daha böyük sabahların ritmlərini və üfüqlərini göstərməkdə davam etdirməkdədir. Hazırda “Şərq qapısı” yeni inkişaf yoluna çıxıb və yeniləşməkdə davam edən Naxçıvanın müasir mərhələdəki yüksəliş strategiyasını əks etdirərək bu günün reallıqlarının təqdim olunmasına və sabahının üfüqlərinin göstərilməsinə inamla xidmət edir. Son dövrlərdə “Şərq qapısı” qəzetinin həftəlik və çox səhifəli qəzet formatında çap olunması da həm bu qəzetin tarixində, həm də region mətbuatının tarixi inkişaf yolunda ilk mühüm addımdır. Bu həm də muxtar respublikada kiçikformatlı qəzetdən böyük formatda olan qəzetə keçid baxımından mühüm jurnalistika hadisəsidir. Hazırda təcrübəli mətbuat işçisi Sara Əzimovanın redaktorluğu ilə çıxan həftəlik “Şərq qapısı” qəzeti müstəqillik dövrü Azərbaycan jurnalistikasında özünəməxsus publisistika sənətkarlığı ilə seçilən orijinal qəzetçilik nümunəsidir. Bütün bunlar mətbuat dünyasında "Əkinçi"dən "Əkinçi"liyə keçidin əhəmiyyətli təzahürləridir.
Digər xəbərlər