NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Sərhəddə COP29 vizası ilə gələn əcnəbilər üçün yoxlanış 45, Azərbaycan vətəndaşları üçün 30 saniyə nəzərdə tutulub

...

“Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Komandanlığı COP29 beynəlxalq konfransına hazırlıqla əlaqədar ölkəmizə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidinin təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunub, zəruri tədbirlər görülüb və bütün tapşırıqlar tam olaraq icra edilib”.

Bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda komandanlığın hərbi qulluqçusu mayor Nicat Cahidzadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, COP29 vizası ilə gələn xarici vətəndaşlar üçün yoxlanış 45 saniyə, Azərbaycan vətəndaşları üçün isə 30 saniyə nəzərdə tutulub: “Artıq işçi qüvvəsinin sayı artırılıb və onlar gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, COP29 tədbiri zamanı hər hansı fövqəladə hal yarandığı halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görülüb”.

Nəşr edilib : 01.11.2024 14:25