NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şəhid polkovnik-leytenant Elşad Nağıyevin xatirəsinə anım tədbiri keçirilib

...

Qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız, onların göstərdikləri şücaət heç vaxt yaddaşlardan silinmir. Ən müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər isə daima qəlblərdə yaşayırlar. Hər zaman xatirələrdə yaşayacaq olan oğullarımızdan biri də vətənpərvərliyin ən ali məqamına yüksəlmiş şəhid polkovnik-leytenant Elşad Nağıyevdir. Qəhrəmanlığı və yüksək zabit zəkası ilə hər zaman seçilən Elşad Nağıyev 1994-cü il sentyabrın 8-də Sədərəkdə xidməti  vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlmişdir. Bu gün xalqımızın igid oğlu Elşad Nağıyevin şəhadətə ucalmasının 30 ili tamam olur. Bu münasibətlə Culfa Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, şəhid ailələri, qazilər, idarə, müəssisə rəhbərləri və  şəhidimizin silahdaşları iştirak ediblər. Çıxış edənlər Elşad Nağıyevin keçdiyi döyüş yolundan və xatirələrindən söhbət açıblar.

Nəşr edilib : 08.09.2024 17:59