Dünya ikincisi olan güləşçi: Mənim gələcəyim qabaq...
18:51 29.07.2026
0
0
0
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində keçirilən ikigünlük yay düşərgəsi başa çatıb.
“Şərq qapısı” xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan düşərgədə Naxçıvanda yaşayan şəhid övladları və şəhid xanımları iştirak ediblər. İki gün davam edən proqram çərçivəsində onlar üçün intellektual və maarifləndirici məşğələlər, komanda quruculuğu və tanışlıq tədbirləri, yaradıcı fəaliyyətlər, idman yarışları, əyləncə proqramları və açıq hava tədbirləri təşkil olunub.
Bağlanış mərasimində “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək layihənin əhəmiyyətindən, düşərgə müddətində görülən işlərdən və şəhid övladlarının hərtərəfli inkişafına göstərilən diqqətdən bəhs edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Vüsal Muradov və digər qonaqlar çıxışlarında belə layihələrin uşaqların intellektual və sosial inkişafına verdiyi töhfəni, şəhid ailələrinə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunub. Ardınca düşərgə iştirakçıları Batabat Astrofizika Rəsədxanasına səfər edərək rəsədxananın fəaliyyəti ilə tanış olub, astronomiya mövzusunda maarifləndirici proqramda iştirak ediblər.
İki gün davam edən düşərgə şəhid övladlarının yeni bilik və bacarıqlar qazanmasına, onların asudə vaxtının səmərəli təşkilinə, həmçinin həmyaşıdları ilə ünsiyyət və komanda bacarıqlarının inkişafına töhfə verməklə başa çatıb.
Digər xəbərlər