Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Vətən müharibəsində qədim Naxçıvanın – Sədərəyin ər igidləri aslan kimi döyüşüb başımızı uca etdilər, bizə qələbəni gətirdilər. 90-cı illərdə burada dünyaya gələn, güllə səsi dinləyə-dinləyə böyüyən oğullar düşmənin başına od ələdilər. Elə 31 il öncə torpaqlarımıza göz dikmiş yağı düşmənə də ilk zərbə məhz Sədərəkdə endirilmişdi. Naxçıvanın ən çətin günlərdə düşmənin qarşısında alınmaz qalaya, səddə çevrilmişdi. Tarixin keşməkeşli yollarında xalqımızın igidliyi bu məkanın həm Vətən torpaqlarının ilk, həm də son sərhədi olduğunu, müqəddəsliyini sübuta yetirdi.
Vətən müharibəsində qəhrəmanlıqlar göstərən, şəhidlik şərbəti içən Əli Heydərov, Məmmədhəsən Sadiqli, Tağı Abdullazadə, Rüfət Gözəlov, Ərtoğrul Nadirli, Niyaməddin Ələkbərli canınını Vətən torpağına qurban verən Sədrəyin igid oğullarıdır. Azərbaycan Bayrağı Murovdağda Ərtoğrul, Hadrut qəsəbəsində Tağı, Şuşada Məmmədhəsən, Rüfət kimi oğulların əllərində zirvələrə sancıldı. 27 sentyabr – Anım Günü münasibətilə Sədərək Rayon İcra Hakimiyyətinin və rayonun idarə və təşkilatlarının əməkdaşları Sədərək kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. İgid oğulların ruhuna dualar oxunub məzarlarının üzərində gül dəstələri qoyulub.
Bu gün onların məzarları and yerinə çevrilib. Sədərək Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidləri 90-cı illərdə canından keçən oğullarla birgə uyuyur yan-yana. Bu gün onların məzarını ziyarət edən hər kəs başları üzərində qürurla dalğalanan üçrəngli, ay-ulduzlu bayrağa baş əyir. Bu bayraq enməyəcək heç vaxt deyir. Çünki bu torpağın Tağı, Ərtoğrul, Rüfət kimi igidləri var.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər