ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt ...
17:24 20.10.2026
0
0
0
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkenlə görşüşüb.
Ombudsman Aparatından bildirilib, görüş zamanı ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.
Müvəkkil insan hüquqları sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə beynəlxalq təşkilatlarla, xarici ölkələrin, o cümlədən Almaniyanın milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr və əldə olunan müsbət təcrübələr barədə qonağı maraqlandıran suallar cavablandırılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər xəbərlər