NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Şahmatçılar arasında Aprel döyüşləri şəhidlərinin xatirə turniri keçirilib

...

Naxçıvan Şahmat Mərkəzində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə tempo turnir keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, yarışda oğlanlar və qızlar olmaqla, ümumilikdə, 74 şahmatçı iştirak edib. 
Yarışın əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra turnirə start verilib.
Mükafatçılar İsveçrə sistemi üzrə 7 turdan ibarət mübarizə nəticəsində müəyyənləşib. Nigar Qənbərli 6,5 xalla turnirin qalibi olub. Aktivində 6 xalı olan Həsən Məmmədov və Fərəməz Quliyev yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar. 
Mükafatlandırma zamanı turnirdə iştirak edən şəhid övladları Ələkbərov Əsəd Bağır oğlu və Novruzlu Bahadur Ümid oğlu fəxri fərman və hədiyyə ilə təltif olunublar. Baş hakim FIDE hakimi Röya Cəlilovaya təşəkkürnamə təqdim olunub. İlk üç yerin sahibləri və yaş kateqoriyaları üzrə fərqlənən iştirakçılar diplom və medallarla mükafatlandırılıblar.

Nəşr edilib : 04.04.2026 18:13