Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
“Bu gün Naxçıvanda "Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək" mövzusunda tədbir keçirilir.
Tədbirdə Milli Məclisin deputatları, dövlət rəsmiləri, o cümlədən aktiv gənclər iştirak edirlər. Tədbir çərçivəsində Azərbaycan gəncliyinin əldə etdiyi uğurlar, qarşıda duran hədəflər və gələcək perspektivlər müzakirə olunur”.
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
O deyib: "Hesab edirik ki, bölgələrimizdə bu tip tədbirlərin keçirilməsi olduqca vacibdir. Çünki bölgələrdə yaşayan, oxuyan və çalışan gənclərin bu cür müzakirələrdə aktiv iştirakı xüsusi əhəmiyyət daşıyır. Gənclər siyasəti Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biridir və gənclər hər zaman dövlətin qayğısı və diqqəti ilə əhatə olunur. Bu gün burada müxtəlif mövzular üzrə gənclərlə fikir mübadiləsi aparacağıq, onları dinləyəcək, suallarını cavablandıracağıq. Düşünürük ki, Naxçıvandan başlayan bu model gələcəkdə ölkəmizin digər bölgələrinə də yayılacaq. Azərbaycanda artıq birinci Gənclər Forumunun keçirilməsindən 30 il vaxt keçir".
Şahin İsmayılov qeyd edib ki, əldə olunmuş nəticələrin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcəklə bağlı gənclərin fikirlərinin öyrənilməsi olduqca vacibdir. Bu tədbir bütün bu məqamları özündə ehtiva edir.
"İnanırıq ki, bu gün keçirilən müzakirələr nəticəsində uğurlu qeydlər, real nəticələr əldə ediləcək və ən əsası, gənclərimizi maraqlandıran suallar cavablandırılacaq, səmərəli fikir mübadiləsi aparılacaqdır", – deyə Milli Məclisin Gənclər və idman komitəsinin sədri əlavə edib.
Digər xəbərlər