“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Hörmətli redaksiya!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olmasının, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu davamlı şəkildə artırır. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. İdxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə sahibkarlar üçün böyük imkanlar yaradılıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.
Son zamanlar dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkəmizdə, həmçinin Naxçıvanda sahibkarlıq sahəsində lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, gömrük və vergi sahəsində görülən işlər, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafına göstərilən diqqətin davamı olmaqla özəl bölmənin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda yeni iş yerlərinin açılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub.
Mən bu yaxınlarda özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Səhiyyə nazirliklərinə müraciət etmişdim. Hər iki nazirliyin rəhbərliyi və əməkdaşları sahibkarlıq fəaliyyətim üçün mənə çox böyük dəstək oldular. Öz adımdan , eləcə də “LAB MED MMC” nin kollektivi adından dövlətimizə, həmin nazirliklərə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə:
Naxçıvan şəhər Qaraxanbəyli kənd sakini Bağırov Qafar
Digər xəbərlər