Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
8 noyabr 2025-ci il tarixdə Zəfər Günü və Bayraq Günü münasibətilə Şahbuz şəhərində möhtəşəm “Bayraq yürüşü” təşkil olunub. Yürüş Şahbuz Rayon İcra Hakimiyyətinin qarşısından başlayaraq Heydər Əliyev prospekti boyunca Bayraq Meydanına qədər davam edib.
Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon sakinləri, qonaqlar, gənclər və məktəblilər fəal iştirak ediblər. Öndə gedən yürüş iştirakçıları əllərində qəhrəman şəhidlərimizin fotoları ilə şəhərin əsas prospekti boyunca hərəkət ediblər. Gənclərin daşıdığı nəhəng dövlət bayrağının uzunluğu 16 metr, eni isə 8 metr olub ki, bu da yürüşə xüsusi təntənə və coşqu qatıb.
Bayraq Meydanında keçirilən tədbirdə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edənlər Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev və tarix müəllimi Rauf Bağırov Azərbaycan xalqını şanlı qələbəyə aparan yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.
Tədbir vətənpərvərlik mövzusunda şeirlərin səslənməsi ilə davam edib. Şahbuz sakinləri Zəfər Günü və Bayraq Gününü böyük ruh yüksəkliyi ilə qeyd ediblər.
Digər xəbərlər