NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Şahbuz rayonunun yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib

...

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şahbuz rayonunun təşkil edilməsinin 95-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Şahbuz rayon Təşkilatının inzibati binasında tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəlal Paşayev açıb.

Daha sonra Şahbuz rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları şurasının sədri Məhərrəm İsmayılov, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xavər Ələsgərli və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov çıxış edərək rayonun tarixi inkişaf yolundan, dövlətçilik ənənələrindən və bu əlamətdar günün əhəmiyyətindən danışıblar. 

Bildirilib ki, Şahbuz rayonu həm tarixən, həm də bu gün ictimai-siyasi və mədəni sahələrdə önəmli rol oynayır.

Tədbir iştirakçıları belə tədbirlərin vətənpərvərlik ruhunun gücləndirilməsi və tariximizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Nəşr edilib : 08.08.2025 18:47