NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şahbuz rayonunda yaşıllıq aksiyası keçirilib

...

Bu  gün Şahbuz rayon İcra  Hakimiyyətinin təşkilatçılığı  ilə Naxçıvan-Batabat  magistral yolunun Şahbuz rayon  hissəsindəki yaşıllıq zolaqlarına qulluq işləri aparılıb. Eyni zamanda rayonun bütün yaşayış məntəqələrindəki yaşıllıq sahələrinə aqrotexniki qaydada qulluq edilib.  Aksiya zamanı qurumuş ağac budaqları kəsilərək ərazidən götürülüb, gülkarlıqlarda təmizlik işləri aparılıb. Yol kənarlarında olan yaşıllıq zolaqlarında alaq otları biçilib, ağacların gövdələri zərərvericilərə qarşı ağardılıb. Suötürücü kanallar təmizlənərək səliqə-sahman yaradılıb.
Aksiyada rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları yüksək fəallıqla iştirak ediblər. 

Əli  Cabbarov 

 

Nəşr edilib : 31.08.2024 16:56