NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Şahbuz rayonunda 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

...

Şahbuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 30 yanvar 2026-cı il tarixdə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev irsi ilə yüksələn gənclik” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Azər Cəbiyev Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışaraq gənclərin cəmiyyətin aparıcı qüvvəsi və dövlətin gələcəyi olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiq qalaraq elm, idman, mədəniyyət və ictimai-siyasi sahələrdə mühüm uğurlar əldə edir.

Daha sonra Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədr müavini, Şahbuz Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları çıxış edərək gənclər siyasətinin dövlət səviyyəsində prioritet istiqamət olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildiriblər.

Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda yetişməsinin, milli-mənəvi dəyərlərə bağlılığının və ictimai fəallığının vacibliyi xüsusi qeyd olunub.

Tədbirin sonunda gənclərlə iş, kütləvi bədən tərbiyəsi və idman sahəsində, eləcə də Yeni Azərbaycan Partiyasının ictimai-siyasi fəaliyyətində fərqlənən fəal gənclər mükafatlandırılıb.

Nəşr edilib : 30.01.2026 17:15