NAXÇIVAN :

24 Fevral 2025, Bazar ertəsi

Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət edib

...

Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və onu Pakistana dəvət edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

"Bu gün Bakıda əziz qardaşım Prezident İlham Əliyevlə gözəl görüş keçirdim. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə ona təşəkkür etdim", - Ş.Şərif yazıb.

Nəşr edilib : 24.02.2025 17:15