Naxçıvanda kənd təsərrüfatının ümumi məhsulu 9,3 f...
17:30 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən “Şərq qapısı”na bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova açaraq mövzunun aktuallığı və əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin əməkdaşı Səmra Mehrəliyeva, Naxçıvan Dövlət Universitetinin müəllimi, Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Cabbar Nəcəfov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Fərman Fərzəliyev çıxış ediblər.
Çıxışlarda sağlam ətraf mühitdə yaşamağın hər kəsin əsas konstitusiya hüquqlarından biri olduğu vurğulanıb. Bildirilib ki, bu hüququn təmin edilməsi ekoloji tarazlığın qorunmasını, ətraf mühitin çirklənmədən mühafizəsini, eləcə də su ehtiyatlarından qanunvericiliyin tələblərinə uyğun, səmərəli və qənaətlə istifadə olunmasını zəruri edir.
Həmçinin ətraf mühitin sağlamlaşdırılması və su ehtiyatlarının qorunması məqsədilə məişətdə və təsərrüfatda sudan israfçılıqla istifadənin qarşısının alınmasının, müasir suvarma sistemlərinin tətbiqinin vacibliyi diqqətə çatdırılıb.
Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
Digər xəbərlər