NAXÇIVAN :

20 May 2026, Çərşənbə

“Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək Rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Cabbar Nəcəfov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin əməkdaşı Səmra Mehrəliyeva və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin əməkdaşı Fərman Fərzəliyev mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 20.05.2026 17:00