Futbol üzrə dünya çempionatının final oyunu start ...
23:12 19.07.2026
0
0
0
NAXÇIVAN :
19 Iyul 2026, Bazar
Ölkə ərazisində iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən
“Şərq qapısı”na bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 21-26°, bəzi yerlərdə 30-35° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 21-26°, bəzi yerlərdə 30-35° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gün ərzində bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağışın bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər dağlarda duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti, dağlarda gecə 18-20° isti, gündüz 23-28° isti olacaq.
Digər xəbərlər