Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə d...
17:56 22.04.2026
0
0
0
Fevralın 17-də Naxçıvan şəhərində "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasından qidalanan “Xəstəxana-Asfaltzavod” 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq. Şəhərin 48, 49 və 52-ci məhəllələrində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Digər xəbərlər