NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil

...

Türkiyənin BRICS ölkələri ilə əməkdaşlıq etmək hüququ var və bu, ölkənin NATO-ya üzvlüyünə zidd deyil.
“Şərq qapısı” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Estoniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.
“Biz NATO-da 32 demokratik ölkəyik və əlbəttə ki, bu və ya digər mövzuda müzakirələr olacaq. Amma bilirik ki, Türkiyə tərəfdaşlarla və ya BRICS tərəfdaşları ilə işləyir, onların bunu etmək hüququ var”, - Rütte jurnalistlərin NATO-nun Türkiyənin BRICS ilə əməkdaşlığın inkişafından narahat olub-olmaması ilə bağlı sualını cavablandırarkən söyləyib.

Nəşr edilib : 22.10.2024 21:15