Dağların qoynundan boylanan cənnət
00:03 25.11.2024
0
0
0
Cənubi Qafqazda logistika marşrutlarının açılması məsələsində Rusiya Azərbaycanı və Ermənistanı qane edəcək həll yolu tapmağa çalışır.
"Şərq qapısı" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “NEWS.ru” sualını cavablandırarkən deyib.
O qeyd edib ki, Moskva nəqliyyat marşrutlarının açılması məsələlərində hərtərəfli yardım göstərməyə hazırdır:
“Biz artıq demişdik ki, nəqliyyat marşrutlarının açılmasından bütövlükdə bütün region faydalanacaq. Həmçinin Rusiya Baş nazirinin müavini, üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçukun bu məsələ ilə bağlı son şərhini də diqqətinizə çatdırıram. O vurğulayıb ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür. Buna görə də biz bu istiqamətdə işləyirik”.
Digər xəbərlər