NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Rubio: Azərbaycan və Ermənistanla sülh sazişi Trampın sülhün prezidenti olmaq niyyətinə misaldır

...

Prezident Tramp sülhü prioritet edərək, razılaşmalar əldə etmək istədiyini bildirir.

“Şərq qapısı” nın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, son zamanlar olan sülh razılaşmaları Trampın xidmətləridir:

“O, sülhün prezidenti olmaq istədiyini bəyan etdi. Beləliklə, hər hansı bir dəyişiklik edə biləcəyimiz bir münaqişə gördükdə, işə qarışırıq və bu baxımdan yaxşı uğur qazanırıq. Hindistan - Pakistan, Tailand - Kamboca, bir neçə gün əvvəl Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır”, - deyə Rubio əlavə edib.

Nəşr edilib : 12.08.2025 22:30