NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Rövşən Rüstəmov: Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin marşrutu üzrə son danışıqlar aparılır

...

“İranlı həmkarlarımızla aparılan danışıqlar zamanı İrandan keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olunub. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb.

Bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, körpülərin yerləri və dəmir yolunun keçəcəyi marşrut üzrə son danışıqlar aparılır.

“İranlı həmkarlarımızla müzakirə apardıq. Horadiz-Ağbənd yolu Ağbənd istiqamətinə doğru sürətlə çəkilir. Növbəti mərhələ olaraq, Naxçıvanda dəmir yolunun qurulması üçün layihələr hazırlanır”, - deyə ADY sədri qeyd edib.

Nəşr edilib : 23.10.2024 15:55