NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb

...

Müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bildirib.
"Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəliyində yüksək tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq", - E.Məmmədov deyib.

Nəşr edilib : 24.02.2025 20:23