Gürcüstan Prezidenti Azərbaycanın Tbilisidəki səfi...
18:19 11.04.2025
0
0
0
NAXÇIVAN :
11 Aprel 2025, Cümə
Fiziki imkanları məhdud şəxslərə ölkəmizdə hər zaman diqqət və qayğı göstərilir, onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasına dövlət səviyyəsində nəzarət edilir.
Yaxın günlərdə Naxçıvanda fiziki məhdudiyyətli şəxslərin reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatması üçün onlar reabilitasiya avtobusu ilə təmin edilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Rehabus” layihəsi Babək rayonu üzrə bərpa mərkəzlərinə gələn müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiya müddətləri başa çatdığı üçün hazırda Kəngərli rayonundan olan müvafiq şəxslərə xidmətlər göstərir, rayonun kəndlərindən əvvəlcədən müəyyən edilən ünvanlardan əlilliyi olan şəxsləri götürərək Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa və Əlillərin Bərpa mərkəzlərinə çatdırır. Biz də fiziki imkanları məhdud uşaqlarla görüşmək üçün Kəngərli rayonunun Qabıllı kəndində olduq. Müvafiq kateqoriyadan olan şəxslərin valideynləri ilə görüşüb fikirlərini öyrəndik. Uşaqlardan biri – Vəfa Hüseynovanın valideyni Maisə Hüseynova dedi: “Qızım anadangəlmə serebral iflic olduğundan artıq 6 ildir ki, reabilitasiya üçün Naxçıvan şəhərinə üz tuturuq. Bu layihə nəticəsində övladlarımız reabilitasiyalarına daha asan və vaxtında gedə bilirlər. Bu da məhdud fiziki imkanlıların valideynləri ilə yanaşı, həm də cəmiyyət tərəfindən təqdir olunur. Layihə nəticəsində artıq övladlarımız rahatlıqla ünvana çatdırılır”.
Bu marşrutdan istifadə edərək övladını reabilitasiya mərkəzinə aparan Qıvraq qəsəbə sakini Naibə Həsənova deyir ki, ilk dəfədir, bu marşrutla gedir: “Özümüz gələndə həm uzaq yol, həm də avtomobil problemi ilə qarşılaşırdıq. Bu layihəni eşidən zaman çox sevindik. Avtobusda bizim üçün hər cür şərait vardır. Bizə belə diqqət və qayğı göstərən dövlətimizə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən gəldikləri ünvanlarına qaytarılır. Bu proses muxtar respublikanın bütün bölgələrində həyata keçiriləcək.
Bülbül Quliyeva
Digər xəbərlər