Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Milli-mənəvi dəyərlərimizi özündə yaşadan, bütün müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı başlayır. On bir ayın sultanı adlandırılan bu ay Allah və din qarşısında borcu yerinə yetirmək üçün İlahi bir fürsətdir.
Ölkəmizdə Ramazan ayında dini-mənəvi dəyərlərimiz icra olunur, oruc tutulur, namaz qılınır, Allaha ibadət edilir. Muxtar respublikada daİslam aləmində iki böyük bayramımız olan Ramazan (Fitr) və Qurban bayramları milli-adət və ənənələrimizə uyğun şəkildə keçirilir. Bu gün ən ucqar kənd yerlərində məscidlər, mərasim evləri tikilib, bərpa edilib. Beləliklə, Ramazan ayında da insanlarımız rahat şəkildə öz ibadətlərini yerinə yetirə bilirlər. Sevindiricidir ki, işğaldan azad edilən torpaqlarımızda artıq azan səsləri ucalır, namazlar qılınır, şəhidlərimizin ruhuna dualar edilir.
Müqəddəs kitabımız “Qurani-Kərim”in“Bəqərə” surəsinin 183-cü ayəsində Yaradanımız buyurur: “Ey iman gətirənlər! Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə, təqvalı olasınız”. Bu ayənin məzmun və təfsirinə görə Ramazan ayının tarixi Adəm Peyğəmbərin dövrünə təsadüf edir. Allah-taala buyurur ki, ey Peyğəmbər, (Məhəmməd Peyğəmbəri (s.a.v) nəzərdə tutur) mən sənə Quranı nazil etməklə bütün İslam dinini kamil elədim. Yəni bu din kamil bir din olaraq gələcək nəsillərə çatdırılmalıdır. Bu gün dinimiz İslam kamil bir din kimibizə başa salır ki, nəinki insanın mədəsi, eyni zamanda ağzı, gözü, əli, qulağı da oruclu olmalıdır. Yəni təkcə mədəni ac saxlamaqla oruc olmaz. Bütün bədən üzvləri oruc olmalıdır. Oruc tutmaq insanları bütün günahlardan saxlamalıdır.
Oruc mənəvi cəhətdən insanları saflaşdırır, paklaşdırır, mənəviyyatı zənginləşdirir. Rəvayətlərimizdə var ki, bu ay Quran ayıdır. Xoş o insanın halına ki, bu ayda Quran oxuya. Əsası budur ki, biz nəinki bu bir ayda paklanmalıyıq, biz başqa aylarda, günlərdə də oruc olmalıyıq, heç vaxt günah etməməliyik, kiminsə qəlbinə dəyməməliyik, tövbə etməliyik. Bu ayda qocaları, ahılları ziyarət etməliyik, iftarlıq verməliyik. Küsülü insanlar bu ayda barışmalıdır. Əhya gecələrində oyaq qalmalı, dualar etməliyik. Əhya“ihya” sözündən olub dirilmə, canlanma, oyanma deməkdir. Oyaq qalmağın faydası budur ki, bu gecələrin birində Quran nazil olub.
Buyurulur ki, Qədr gecəsi min aydan xeyirlidir. Quran nazil olan gecədə insan Allahından nə istəsə ona nəsib edər. Həm də bu gecədə gələn il əhya gecələrinə kimi insanın təqdiri-ilahisi yazılır. Bu gecələrdə ən mühüm ibadətlərdən biri namaz qılmaq vədua etməkdir. Xüsusilə əhya gecələrində məscidlərimizdə“Cövşən-Kəbir” duaları, Aşura ziyarətnaməsi oxunur. Xəstələrə, qazilərimizə şəfa tapmaları üçün dualar edilir. Vətən yolunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunur.
Bizim hər birimizin borcudur ki, Ramazan ayında qəlbimizdəkiləriAllahdan istəyək, onun rəhməti və məğfirətindən qafil olmayaq. Quranın“Ğafir” surəsində buyurulur ki, siz məndən istəyin, mən də sizin dualarınızı müstəcab eləyim. Gəlin Ramazan gecələrində Allahın hüzurunda olaq, ona bəndəlik edək. Xoş o insanların halına ki, bu aydan yetəri qədər istifadə edir, orucunu tutur. Kimlər də ki, xəstəlik səbəbi ilə orucu tuta bilmirlər, Allah onlara da tezliklə şəfa versin. Allah orucunuzu qəbul etsin.
Güntac ŞAHMƏMMƏDLİ
Digər xəbərlər