NAXÇIVAN :

20 May 2026, Çərşənbə

“Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

...

Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Babək rayon Məzrə kənd tam orta məktəbində “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Müştəliyev tədbirin əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov və Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Nuranə Hüseynova çıxış edərək bildiriblər ki, erkən yaşda qurulan nikahlar ailə məsuliyyətinin tam dərk olunmaması səbəbindən müxtəlif problemlərə gətirib çıxarır. Vurğulanıb ki, qohum nikahları ailədaxili münasibətlərdə gərginlik və münaqişə ehtimalını artırır.
Sonda Məzrə kənd tam orta məktəbinin direktoru Pəri Abdullayeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib, mövzu ilə əlaqədar sorğu keçirilib, broşürlər paylanılıb, posterlər isə elan lövhəsində yerləşdirilib.

Nəşr edilib : 20.05.2026 16:41