NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

...

Naxçıvan şəhər Qaraxanbəyli kəndində “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq sözügedən mövzunun əhəmiyyətindən bəhs edib. 
Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov mövzu ilə bağlı təqdimatla çıxış etmişdir. Çıxışda qeyd olunub ki, qohum və erkən nikahlar sağlam cəmiyyətin formalaşmasına maneə törədən ciddi sosial problemlərdən biridir. Bu cür nikahlar cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir və cəmiyyətin sağlam şəkildə inkişaf etməsinə mane olur. K.Məmmədov erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasına dair qanunvericilikdə, qəbul edilən normativ-hüquqi aktlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib və vurğulayıb ki, gənclərin təhsili, fərdi inkişafı və sağlam gələcəyi üçün erkən yaşlarda və qohumlar arasında nikahların qarşısını almaq, cəmiyyətin rifahını artırmağa kömək edər.

Daha sonra tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar sorğu keçirilib.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub, maarifləndirici broşürlər paylanılıb, posterlər kənd mərkəzinin girişinə və kəndin elan lövhələrinə yerləşdirilib.

Nəşr edilib : 16.07.2025 16:12