Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı Vaşinqtonda keçirilən görüş, liderlərin imzaladığı Birgə Bəyannamə və onların bəyanatları dünyanın nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
"Şərq qapısı" xəbər verir ki, “Reuters” agentliyinin dərc etdiyi geniş məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan cümə günü ABŞ prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə onilliklər davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələri gücləndirəcək və münasibətlərin tam normallaşmasına doğru hərəkət edəcək sülh sazişinin layihəsini imzalayıblar.
Cənubi Qafqazdakı rəqiblər arasında razılaşmanın Tramp administrasiyası üçün mühüm nailiyyət olduğunu qeyd edən agentlik yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə keçirilən imzalanma mərasimində salamlayan Tramp deyib: “Uzun müddətdir, 35 ildir ki, onlar döyüşüblər, indi də dostdurlar və onlar uzun müddət dost olacaqlar”.
Digər xəbərlər