Şəhid olmağı özünə şərəf bildi
12:12 23.11.2024
0
0
0
"Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-u Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində COP29 və "Yaşıl Dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “Unikal” Badminton Klubunun dəstəyi ilə təşkil olunan yarış regionda badmintonun inkişafı, qadın idmanına marağın artırılması, eyni zamanda idmançılar arasında ekoloji maarifləndirmənin təşkili məqsədlərinə xidmət edib.
Nəticələrə gəlincə, birinciliyin qalibi NDU-nun tələbəsi Elvira Yolçuyeva olub. Universitetin digər təmsilçisi Sədaqət Rəhimova ikinci yerə sahib çıxıb. Naxçıvan Dövlət Texniki Kollecin tələbəsi Aytac Bayramzadə isə yarışı üçüncü sırada tamamlayıb.
İlk üç yerin sahiblərinə nazirliyin diplom, medal və hədiyyələri təqdim olunub.
Digər xəbərlər