Şərurda Milli Müdafiə Universitetinin xüsusi təyin...
15:51 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Naxçıvan Avtomobil Nəqliyyat Agentliyi (NANA) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrinin qışa hazırlığı məqsədilə seminar-müşavirə keçirilib. Soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər təlimatlandırılıb.
Bildirilib ki, qış mövsümünə keçid ərəfəsində nəqliyyat vasitələrinin fasiləsiz istifadəsini təmin etmək, o cümlədən sərnişinlərə təhlükəsiz və yüksək səviyyəli xidmət baxımından qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Bu səbəbdən də vaxtında avtomobillərə düzgün texniki baxış keçirilməlidir. Lazım olan əlavə tədbirlər vaxtında görülərsə, qış fəslinin yaradacağı çətinliklərdən asanlıqla çıxmaq mümkün olar. Bu da öz növbəsində uyğunsuz hava şəraitində yol qəzalarının da sayının xeyli azalmasına zəmin yaranar.
Bunlarla yanaşı, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması, mövsümi texniki hazırlıqların görülməsi və qış dövründə nəqliyyat vasitələrinin istismarı qaydaları haqqında da sürücülərə ətraflı məlumatlar verilib.
Bu cür maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd sürücülərə çətin şəraitdə və soyuq havalarda daha diqqətli olmaları, habelə sərnişinləri mənzil başına rahat və təhlükəsiz çatdırmalarıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada sərnişin daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti
Digər xəbərlər