NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Qərbin dəyişməyən Cənubi Qafqaz siyasəti

...

Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçirilir. Bütün dünyanın nəzəri bu gün Amerikadadır. Bu da təbiidir. Çünki Amerika kimi böyük dövlətlərin nə edəcəkləri daim diqqət mərkəzində olur. Onlar istədiyi dövlətlərdə demokratiya pərdəsi  altında “islahatlar” aparmağa cəhd edir, bəzi hallarda buna nail olur.

Azərbaycan da bu seçki marafonunu diqqətlə izləyir. Dövlətimiz də yaxşı bilir ki, yeni seçilənlərin əsasən bir maraq və məqsədləri olur

Nə olursa-olsun, hər hansı bir səbəblə Cənubi Qafqaza daxil olmaq.

Bu haldə ən optimal variant isə “Ermənistan əzilir” bəhanəsidir.

Yəni bu şüar altında ölkələri “fəth” etmək rahatdır.

Əlbəttə, vacib güclü qardaşlarımız və dostlarımız haqq işimizi dəstəkləyir. Bu dövlətlərdən Türkiyəni, Pakistanı, Rusiyanı, Çini və başqalarını göstərmək olar.

Saxtakar ermənilər riyakarlığı yalanları ilə özünə tərəfdar toplaya bilib. Belə ki, Qərb klanı istənilən sahədə ona havadarlıq edir.

Qərbin bibaşa diktəsi ilə Avropa bizimlə əlaqəni kəsmək üzrədir.

Dünyaya “mədəniyyət” dərsi keçən Fransa öz aləmində sanki “münaqişəni” yatırır...

Halbuki 2020-ci ildə prezidentlər İlham Əliyevlə Vladimir Putin öz imzaları ilə bu münaqişəni birdəfəlik bitiriblər.

İndi görəsən, Qərb və tərəfdarlarının bu addımı nəyə hesablanıb? Bunu isə çox yaxın vaxtlarda biləcəyik.

Qayıdaq Qərbin “seçki” şousuna.

İstər Kamala, istər Tramp seçilsin, fərq etməz. Nəticədən asılı olmayaraq, Amerikanın xarici siyasəti dəyişməyəcək. Yenə münaqişə, yenə qan, yeni ərazi iddiaları və sairə.

Fariz QULİYEV

Nəşr edilib : 06.11.2024 12:28