NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub

...

"Şərq qapısı" xəbər verir ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə olaraq 16 yaşlı pasiyentdə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib.
Mövcud klinik vəziyyət və müayinələrin nəticələri əsasında pasiyentə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı icra olunub. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib. Bir həftəlik stasionar müşahidə və müalicədən sonra pasiyent qənaətbəxş vəziyyətdə evə yazılıb.
Qeyd edək ki, bu əməliyyatın Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə icra olunması regionda uşaq cərrahiyyəsi və döş qəfəsi cərrahiyyəsinin inkişafı baxımından mühüm hadisədir.

Nəşr edilib : 04.11.2026 22:30